bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

“Yuventus"a dönə bilər

11.12.2020 23:48 Oxundu 422

 İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Pol Poqba komandasını dəyişmək arzusundadır.

“CEMPİON.AZ” xəbər verir ki, Fransa millisinin üzvü İtaliyaya qayıtmağı və yenidən “Yuventus”un formasını geyinməyi planlaşdırır.
Turin təmsilçisi də onun xidmətində maraqlı olduğundan, Poqba “qırmızı şeytanlar”ı bu keçidə razı salmağa çalışır. Onu həmçinin “Real” və PSJ klubları da transfer gündəmində saxlayır. Oyunçunun meneceri Mino Rayola isə müştərisi ilə bağlı italyanlardan təklif aldığını etiraf edib.

Qeyd edək ki, Pol Poqba 2012-2016-cı illərdə “Yuventus”un şərəfini qoruyub.