12.12.2020 12:45
440

“Milan”ın zədəli futbolçusu Zlatan İbrahimoviç A Seriyasının 11-ci turunda “Parma” ilə matçı buraxa bilər.
“CEMPİON.AZ” " Football İtalia"ya istinadən xəbər verir ki, 39 yaşlı hücumçu hələ də komanda ilə məşqlərə qatılmayıb və fərdi hazırlıq prosesi keçirir.
İsveçli oyunçu noyabrın 22-də “Napoli” ilə görüşdə (3:1) xəsarət almışdı.
Qeyd edək ki, dekabrın 13-də keçiriləcək “Milan” – “Parma” qarşılaşması Bakı vaxtı ilə 23:45-də başlayacaq.