bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

21 yaşlı müdafiəçini transfer edir

12.12.2020 13:21 Oxundu 433

“Barselona” qış transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

“CEMPİON.AZ”  “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya klubu “Marsel”in 21 yaşlı müdafiəçisi Bubakar Kamaranı transfer etmək istəyir.
Fransalı oyunçu ilə “Bavariya” da yaxından maraqlanır. Lakin Münhen təmsilçisinin futbolçunu yay transfer pəncərəsində almağı düşündüyü bidirilib.

Qeyd edək ki, “Marsel”in yetirməsi olan Kamara bu mövsüm Liqa 1-də 11 matçda iştirak edib.