bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

Konte güvənmədiyi futbolçuları göndərir

12.12.2020 13:57 Oxundu 401

İtaliyanın “İnter” klubu qış transfer dövründə üç futbolçusunu satacaq.

“CEMPİON.AZ” xəbər verir ki, A seriyası təmsilçisi baş məşqçi Antonio Kontenin güvənmədiyi oyunçuları heyətdə saxlamağa ehtiyac görmür.

Mütəxəssislə münasibətləri korlanan Kristian Eriksen komandanı tərk etməyə ilk namizəddir. Danimarkalı İngiltərə “Arsenal”ının transfer siyahısında da yer alıb.
Milan təmsilçisi Raca Naynqolan və Matias Vesinonu da satmaq fikrindədir. Yarımmüdafiəçilər komandaya istənilən faydanı vermədiyi üçün transferə çıxarılmaları məqsədəuyğun hesab olunur.