12.12.2020 18:37
473


"Milan"ın baş məşqçisi Stefano Pioli komandanın hücumçusu Zlatan İbrahimoviç barədə fikirlərini bildirib.
“CEMPİON.AZ” "Football İtalia"ya istinadən xəbər verir ki, o, isveçli hücumçu ilə tanışlığını xatırladıb:
"İbrahimoviçlə məşqdən sonra ilk dəfə idman salonunda tanış olduğumu xatırlayıram. Heç vaxt belə uzun boylu bir insanı qucaqlamamışdım (Zlatanın boyu 195 sm-dir - red). Ağıllı və gülməlidir, amma meydanda İbrahimoviç bir heyvandır. Sizi əmin edə bilərəm ki, bu, bir iltifatdır".
Qeyd edək ki, 39 yaşlı oyunçu bu mövsüm İtaliya A seriyasında 6 matçda 10 qol vurub.