12.12.2020 19:34
447
447

Portuqaliyanın “Sportinq” klubunun futbolçusu Nunu Mendeş karyerasını İspaniyada davam etdirə bilər.
“CEMPİON.AZ” xəbər verir ki, “Real” müdafiəçini heyətində görmək niyyətindədir.
Futbolçunun özü də Madrid təmsilçisində oynamaq arzusundadır. Mendeş müdafiənin sol cinahında Marselonu əvəzləməlidir.
“Sportinq” futbolçusu üçün 70 milyon avro istəyir. İspaniya nəhəngi ilə yanaşı, “Mançester Yunayted”lə “Milan” da Nununu transfer etməkdə maraqlıdır.