bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

Fabinyo “Liverpul”dan gedir

13.12.2020 14:20 Oxundu 1048


İngiltərənin “Liverpul” klubu futbolçusu Fabinyo ilə yollarını ayırmaq qərarına gəlib.

“CEMPİON.AZ” xəbər verir ki, bunu Premyer Liqa təmsilçisinin baş məşqçisi Yurgen Klopp açıqlayıb.

Alman mütəxəssis bildirib ki, yarımmüdafiəçi qış transfer dövründə başqa komandaya keçəcək: “İndiki heyəti saxlamaq istəyərdik. Amma buna gücümüz çatmır. Fabinyo yaxın zamanda başqa komandaya gedəcək”.

Qeyd edək ki, Fabinyo cari mövsümdə 16 oyun keçirib.