bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

Karyerasını bitirir

13.12.2020 13:09 Oxundu 490


Niderlandın “Ayaks” klubunun futbolçusu Klas-Yan Huntelar karyerasını bitirməyə qərar verib.

“CEMPİON.AZ” xəbər verir ki, bunu 37 yaşlı hücumçunun özü açıqlayıb.

O bildirib ki, mövsümün sonunda futbolçu karyerasını bitirəcək. Vaxtilə “Real”, “Milan”, “Şalke” kimi klublarda, həmçinin Niderland yığmasında oynamış forvard karyerası ərzində 400-dən çox qol vurub. Huntelar gələcəkdə məşqçi olacağını da vurğulayıb.

Qeyd edək ki, veteran hücumçu cari mövsümün 8 oyununda 3 qol vurub.