bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

Petr Çex yaşıl meydanlara geri dönür

13.12.2020 18:40 Oxundu 487

 Çexiya millisinin sabiq qapıçısı Petr Çex yenidən meydana çıxa bilər.

“CEMPİON.AZ” xəbər verir ki, hazırda “Çelsi”nin texniki müşaviri olan 38 yaşlı veteran London təmsilçisinin əvəzedici komandasında şans qazanmaq imkanı əldə edib.

Klubun U-23 komandası sabah “Tottenhem”lə keçiriləcək görüşdə qapıçı problemi ilə üzləşib. Əsas qolkiper Lukas Berqstryom dünən U-18-in heyətində meydana çıxıb. Onun əvəzləyicisi Karlo Jiqer isə əsas komandanın hazırlıqlarında iştirak edir. Bu üzdən də karyerasını ötən il başa vuran, amma bu ilin oktyabrında adı əsas komandanın iştirak ərizəsinə daxil edilən Çexin əvəzedicilərin heyətində meydana çıxması zərurəti yaranıb.

Qeyd edək ki, Çex 2004-15-ci illərdə “Çelsi”də oynayıb. O, bu müddətdə 15 titul, o cümlədən Çempionlar Liqası və 4 Premyer Liqa çempionluğu qazanıb.