bazar, 24 avqust 2025

BİZİM FUTBOL

Derbidə "Traktor" qalib gəldi

13.12.2020 20:28 Oxundu 460

İran çempionatında 6-cı turun oyunları davam edir.

“CEMPİON.AZ” xəbər verir ki, bu gün Təbrizdə şəhərin iki klubu üz-üzə gəlib. "Traktor" səfərdə "Maşın Sazi" ilə qarşılaşıb. Görüş qonaqların qələbəsi ilə başa çatıb. "Al qurdlar"ın qolunu 90+3-cü dəqiqədə Məhəmməd Qənbəri vurub.

 Qeyd edək ki, mövsümə uğursuz başlayan "Traktor" 9 xalla 7-ci pillədə qərarlaşıb. "Maşın Sazi" isə 1 xalla sonuncu - 16-cıdır.