bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

Arazın komandası minimal hesabla məğlub oldu

13.12.2020 21:15 Oxundu 416

Türkiyə 1-ci liqasında 13-cü turun oyunları keçirilir.
 
“CEMPİON.AZ” xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin çıxış etdiyi “Boluspor” doğma meydanda “Bandırmaspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
 
Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib.
 
Qeyd edək ki, 13 turdan sonra hesabında 13 xal olan “Boluspor” 18 kollektiv arasında 14-cüdür.