13.12.2020 23:32
423


İspaniya La Liqasının 13-cü turunda “Atletiko” ilə oyun (2:0) "Real"ın hücumçusu Kərim Benzema üçün əlamətdar olub.
“CEMPİON.AZ” xəbər verir ki, bu, fransalı futbolçunun bütün turnirlər nəzərə alınmaqla “Real”ın heyətində 528-ci matçı olub. Bununla da, o, Madrid klubunun heyətində ən çox oyun keçirən legioner futbolçu olub.
Benzema bu göstəricidə Roberto Karlosu geridə qoyub. Braziliyalı müdafiəçi “Real”da 527 oyun keçirmişdi.