14.12.2020 10:51
476


“Zirə” klubunun son koronavirus testinin nəticələri açıqlanıb.
“CEMPİON.AZ” apasport.az saytına itinadən xəbər verir ki, komandada artıq heç bir yoluxma yoxdur.
Son test məşqçilər korpusu, futbolçu heyəti və klub işçilərinin hamısında neqativ çıxıb. Komanda hazırda Premyer Liqanın XII turunda “Sumqayıt”la keçiriləcək görüşün hazırlıqlarını davam etdirir.
Qeyd edək ki, dekabrın 20-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Sumqayıt” matçı saat 16:00-da başlayacaq.