bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

"Bayer" lider oldu

14.12.2020 12:55 Oxundu 459


Almaniya Bundesliqasında 11-ci tura yekun vurulub.
 
“CEMPİON.AZ” xəbər verir ki, sonuncu oyun günündə iki matç keçirilib. “Şalke” səfərdə “Auqsburq”la bərabərə qalıb - 2:2.

Turun son görüşündə “Bayer” doğma meydanda “Hoffenhaym”la qarşılaşıb. 4:1 hesabı ilə qalib gələn Leverkuzen təmsilçisi “Bavariya”nın xal itkisindən maksimum yararlanaraq zirvəyə yüksəlib. "Bayer"in hazırda 25 xalı var. "Bavariya" 24 xalla 2-ci, "Leyptsiq" 24 xalla 3-cüdür.

13 dekabr
 
"Auqsburq" – "Şalke" - 2:2
Qol:
 Serdar, 32-avtoqol, Rixter, 90+3 – Raman, 52, Bujellab, 61
 
"Bayer" – "Hoffenhaym" - 4:1
Qollar:
 Beyli, 4, 27, Virts, 55. Alario, 90+1-pen – Baumqartner, 50