bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

“Bəzən futbolçular məni sevirlər”: Qattuzo

14.12.2020 13:41 Oxundu 449

 İtaliyanın “Napoli” klubunun baş məşqçisi Cennaro növbəti dəfə maraqlı fikirlər səsləndirib.

“CEMPİON.AZ” xəbər verir ki, çalışdırıcı A seriyasının XI turunda “Sampdoriya” (2:1) ilə keçirilən oyundan sonra futbolçularla münasibətindən danışıb.

O, futbolçuların tez-tez qol vurduqdan sonra bunun sevincini texniki heyətlə bölüşməsinə maraqlı şərh verib: “Düşünürəm ki, bəzən futbolçular məni sevirlər. Ehtimal edirəm ki, bəzən də səhərlər ilk etdikləri iş şəklimi çıxarmaq və üzərinə tüpürməkdir. Mən özüm oyunçu olmuşam, əsla əsəbləşmirəm. Oyunçularıma yalan danışmıram, heç nə gizlətmirəm, həmişə həqiqəti deyirəm. Fikrimcə, bunu qiymətləndirirlər”.

Qeyd edək ki, aktivində 23 xal olan “Napoli” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.