bazar, 24 avqust 2025

BİZİM FUTBOL

Nurlana görə apelyasiya şikayəti verdilər

14.12.2020 16:32 Oxundu 490


“Qarabağ” klubu mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun cəzası ilə bağlı apelyasiya məhkəməsinə şikayət edib.

“CEMPİON.AZ” apasport.az saytına istinadən xəbər verir ki, İbrahimov özü bu barədə məlumat verib.

O bildirib ki, UEFA-nın Nəzarət, Etika və İntizam Orqanı tərəfindən verilən ömürlük cəza ilə bağlı apelyasiya müraciəti olunub. Qurumun 10-15 gün ərzində məsələyə baxması gözlənilir.

Qeyd edək ki, Nurlan İbrahimov Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb.