bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

Çalhanoğlu ilə müqavilə müddətini uzadırlar

14.12.2020 17:55 Oxundu 448

“Milan” futbolçusu Hakan Çalhanoğlu ilə yeni müqavilə imzalamağa hazırlaşır.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə “Calcio Mercato” nəşri məlumat yayıb. İtaliya klubunun 26 yaşlı yarımmüdafiəçi ilə bu həftə rəsmi müqavilə imzalayacağı gözlənilir.

Türkiyə millisinin üzvü ilə hazırkı sözləşmənin müddəti isə 2021-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Çalhanoğlu bu mövsüm 17 matça çıxaraq, 5 qol vurub və 5 qolun ötürməsini verib.