bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

Ançelotti onu qışda komandasında görmək istəyir

14.12.2020 20:08 Oxundu 478

İngiltərə millisinin futbolçusu Dele Alli klubunu dəyişməyə yaxındır.

“CEMPİON.AZ” xəbər verir ki, “Tottenhem”in yarımmüdafiəçisi “Everton”un transfer siyahısına düşüb.
Liverpulluların baş məşqçisi Karlo Ançelotti orta sahə oyunçusunu sərəncamında görmək istəyir. Alli ilə danışıqlara aparmağı planlaşdıran “Everton” futbolçunu qışda heyətinə qatmaq niyyətindədir.

Qeyd edək ki, “Tottenhem” yarımmüdafiəçini 52 milyon avroya satmaq niyyətindədir.