bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

Perişiç komandakı vəziyyətdən narazıdır

14.12.2020 20:53 Oxundu 461

İtaliyanın “İnter” klubunun futbolçusu İvan Perişiç Milan təmsilçisindən ayrılmağa qərar verib.

“CEMPİON.AZ” xəbər verir ki, buna səbəb onun əsas heyətdə yer almamasıdır.
Komandadakı durumundan narazı qalan xorvatiyalı hücumçu bu üzdən də klubunu dəyişmək niyyətindədir. Almaniya “Bavariya”sından icarədən qayıtdıqdan sonra işləri yaxşı getməyən 31 yaşlı forvard baş məşqçi Antonio Konte ilə də dil tapa bilmir.

Mütəxəssis də İvana güvənmədiyindən onun icarəyə veriləcəyi gözlənilir. Perişiçin milanlılarla müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.