bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

“Valideynlərim məni həmişə dəstəkləyir”: Mbappe

14.12.2020 21:26 Oxundu 510


PSJ-nin futbolçusu Kilian Mbappe  Paris klubu ilə müqaviləni uzadıb-uzatmamaq qərarını ailəsi ilə birlikdə verəcək.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə fransalı hücumçu "Copa90"a müsahibəsində deyib:

"Bütün vacib qərarları ailəmlə birlikdə veririk. Bunun çox vacib olduğunu düşünürəm. Bu yanaşma mənə imkan verdi ki, böyüyüm və hazırkı yerimdə olum. Ailə olmasaydı, bu, mümkün olmazdı, çünki bəzən çətin anlar yaranır. Belə vəziyyətdə hansı insanların sizə kömək etməyə hazır olduğunu görə bilərsiniz. Valideynlərim məni həmişə dəstəkləyir. Məni doğru yola yönləndirirlər və onlar kimi valideynlərim olduğu üçün şanslıyam".

Qeyd edək ki, Mbappenin PSJ ilə hazırkı müqaviləsi 2022-ci ilin iyununda başa çatır.