bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

Meydana qayıtdı qapısında 2 qol gördü

15.12.2020 10:12 Oxundu 444

 Əfsanəvi çexiyalı qapıçı Petr Çex karyerasını bərpa edib.

“CEMPİON.AZ” xəbər verir ki, bir müddət əvvəl İngiltərənin “Çelsi” klubunda idarəçi vəzifəsinə təyin edilən 38 yaşlı qolkiper London təmsilçisinin U-23 komandasının heyətində meydana çıxıb.

O, Premyer Liqa-2-nin X turunda “Tottenhem”lə qarşılaşmada çərçivədə dayanıb. Çexin 2 qol buraxdığı qarşılaşmada “Çelsi” 3:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, “Çelsi”nin U-23 komandası aktivindəki 19 xalla turnir cədvəlində başçılıq edir.