bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

Həbibin ÇL haqqında ehtimalları

15.12.2020 16:32 Oxundu 426


MMA üzrə UFC-nin məğlubedilməz çempionu Həbib Nurməhəmmədov Çempionlar Liqasının 1/8 final mərhələsi ilə bağlı proqnoz verib.

“CEMPİON.AZ” xəbər verir ki, 32 yaşlı döyüşçünün fikrincə, qrup mərhələsini birinci pillədə tamamlayan və püşkatmada səpələnmişlər sırasında yer alan komandalar 1/4 finala adlayacaqlar. 

O, instaqram səhifəsi vasitəsilə etdiyi paylaşımda “Mançester Siti”, “Bavariya”, “Çelsi”, “Liverpul”, “Yuventus”, PSJ, “Borussiya” (Dortmund) və “Real”ın yoluna davam edəcəyini iddia edib. Maraqlıdır ki, Nurməhəmmədov “Barselona” və “Atletiko” kimi klublara şans verməyib.

Qeyd edək ki, Çempionlar Liqasında 1/8 final mərhələsinə 2021-ci ilin fevralında start veriləcək.