bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

“Bavariya” yeni müqavilə təklif etdi

15.12.2020 18:44 Oxundu 445


Almaniyanın “Bavariya” klubu yarımmüdafiəçisi Kinqsli Komanla bağlı qərarını verib.

“CEMPİON.AZ” xəbər verir ki, Münhen təmsilçisi Fransa millisinin üzvünü satmayacaq.

Bir neçə klubun diqqət mərkəzində olan 24 yaşlı hücumameyilli oyunçuya hətta yeni müqavilə təklifi də edilib. Tərəflər danışıqların inkişaf mərhələsindədir. Yeni sazişin 2025-ci ilə qədər nəzərdə tutulacağı bildirilir.

Qeyd edək ki, 2015-ci ildən “Bavariya”nın formasını geyinən Komanın hazırkı müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.