16.12.2020 16:21
490


İtaliyanın “Yuventus” klubu hücumçusu Alvaro Morata ilə bağlı yekun qərarını verib.
“CEMPİON.AZ” xəbər verir ki, “qoca sinyora” İspaniya “Atletiko”sundan 10 milyon avroya icarəyə götürülən 28 yaşlı forvardı birdəfəlik transfer edəcək.
Moratanın cari mövsümdəki performansından razı qalan baş məşqçi Andrea Pirlo onun alınmasını istəyib. Klublar arasındakı razılığa əsasən, “Yuve” 51 milyon avroya İspaniya millisinin üzvünü transfer edə bilər. Turinlilər yaxın müddətdə bu məbləği ödəyərək, forvardla uzunmüddətli müqavilə bağlamağa hazırlaşır.
Qeyd edək ki, Alvaro Morata bu mövsüm keçirdiyi 14 oyunda 9 qol vurub, 4 məhsuldar ötürmə verib.