bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

Baş məşqçi istefaya göndərildi

16.12.2020 18:56 Oxundu 425


İngiltərənin “Vest Bromviç” klubunda gözlənilən ayrılıq baş verib.

“CEMPİON.AZ” xəbər verir ki, baş məşqçi Slaven Biliçlə birgə bütün məşqçilər korpusu istefaya göndərilib. 

Rəhbərlik dünən “Mançester Siti” ilə bərabərə qalmasına (1:1) baxmayaraq, komandanın uğursuz mövsüm keçirməsini nəzərə alaraq, xorvatiyalı mütəxəssislə müqaviləyə xitam verib. Biliçin əvəzinə Sem Ellardaysın gətirilməsi gözlənilir.

Qeyd edək ki, “Vest Bromviç” hazırda 7 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.