bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

Türkiyə klublarında yoluxma aşkarlandı

16.12.2020 20:42 Oxundu 414

Türkiyənin 3 klubu koronavirus testinin nəticələrini açıqlayıb.

“CEMPİON.AZ” xəbər verir ki, Super Liqa təmsilçiləri “Qalatasaray”, “Ərzurum BB” və “Gənclərbirliyi”də yoluxma olduğu müəyyənləşib.

“Qalatasaray”da 2, digər klublarda isə 1 futbolçunun testi pozitiv çıxıb. “Ərzurum BB”nin həmçinin bir klub rəsmisində yoluxma aşkarlanıb. Adları açıqlanmayan həmin şəxslər karantinə alınıb.

Qeyd edək ki, “Qalatasaray” dünən, “Ərzurum BB” bu gün Türkiyə kubokunun 1/8 mərhələsinə yüksəlibsə, “Gənclərbirliyi” sabah 1/16 final matçına çıxacaq.