16.12.2020 22:46
441

"Real"ın futbolçusu Eden Hazard zədəsini sağaldıb.
“CEMPİON.AZ” "Marca"ya istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi komanda ilə ümumi məşqlərə başlayıb. Onun La Liqanın 14-cü turunda "Eybar"la matç üçün iştirak ərizəsində yer alacağı gözlənilir.
Qeyd edək ki, Hazard bu mövsüm 6 matçda 2 qol vurub. O, zədə səbəbindən komandasının əksər oyunlarını buraxıb.