bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

4 ay meydanlardan uzaq qalacaq

16.12.2020 23:29 Oxundu 427


Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edən Andres İnyesta uzun müddətə sıradan çıxıb.

“CEMPİON.AZ” xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Asiya Çempionlar Liqasının 1/8 final mərhələsində “Şanxay”la (2:0) görüşdə sağ ayağından zədələnib.

36 yaşlı ulduz futbolçu Barselonada cərrahiyyə əməliyyatı keçirib. Əməliyyatın uğurlu baş tutduğunu bildirən həkimlər İnyestanın tezliklə bərpa prosesinə başlayacağını söyləyiblər. Lakin o, 4 ay yaşıl meydanlardan uzaq qalmalı olacaq.

Qeyd edək ki, Andres İnyesta 2020-ci ildə 34 oyunda iştirak edib, 6 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.