bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

Ronaldo, Levandovski, Lukaku...

17.12.2020 14:28 Oxundu 428

 “Bavariya”nın qol silahı Robert Levandovski və “İnter”in hücumçusu Romelu Lukaku ölkə çempionatında növbəti oyunu qolla tamamlayıb.

“CEMPİON.AZ” xəbər verir ki, polşalı forvard Bundesliqanın XII turunda “Volfsburq”la görüşdə dublla (2:1), belçikalı isə A seriyasının XII turunda “Napoli” ilə qarşılaşmada penaltidən fərqlənərək (1:0) komandasına qələbə qazandırıb.

İndiyə qədər “Top-5” liqada yalnız 3 futbolçu ardıcıl son 9 mövsümdə minimum 10 qol vurmağı bacarıb. Bunlar Levandovski və Lukaku ilə yanaşı, “Yuventus”un hücumçusu Kriştianu Ronaldodur.

Qeyd edək ki, bu mövsüm Levandovski Bundesliqada 15, Ronaldo ilə Lukaku isə A seriyasında 10 qol vurub.