bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

Transfer etməyəcəklər

17.12.2020 15:18 Oxundu 471


Avropanın daha bir nəhəng klubu qış transfer dövründə futbolçu almamağa qərar verib.

“CEMPİON.AZ” xəbər verir ki, koronavisur pandemiyası üzündən müəyyən maliyyə çətinlikləri yaşayan “Mançester Yunayted” yeni transferə pul ayırmaqdan imtina edib.

Düzdür, baş məşqçi Ole-Qunnar Sulşer sağ cinah müdafiəçisi, mərkəz müdafiəçisi və vinger alınmasını istəyir. Lakin İngiltərə klubunun rəhbərliyi mütəxəssisə yaya qədər gözləməyi məsləhət bilib.

Qeyd edək ki, Almaniya “Bavariya”sı və İtaliya “İnter”i də qışda futbolçu almaq niyyətindən uzaqdır.