17.12.2020 16:27
398

İngiltərənin “Liverpul” klubunun futbolçusu Trent Aleksander-Arnold Premyer Liqanın XIII turunda “Tottenhem” üzərində qələbə (2:1) ilə bağlı paylaşım edib.
“CEMPİON.AZ” xəbər verir ki, tvitter səhifəsində komandanın qol sevinci şəklini paylaşan müdafiəçi üzərinə “Ən yaxşı komanda qalib gəldi”, yazıb.
Bununla 22 yaşlı cinah oyunçusu bununla rəqibin baş məşqçisi Joze Mourinyonun cavabını verib. Çünki portuqaliyalı mütəxəssis görüşdən sonra “Ən yaxşı komanda məğlub oldu”, fikrini bildirib.
Qeyd edək ki, hazırda “Liverpul” 28 xalla turnir cədvəlinə başçılıq edirsə, ikinci pillədəki “Tottenhem”in aktivində 25 xal var.