bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

Kavani cəzalandırılacaq

17.12.2020 21:57 Oxundu 441

 İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Edinson Kavaninin cəzalandırılacağı dəqiqləşib.

“CEMPİON.AZ” xəbər verir ki, buna uruqvaylı futbolçunun irqçi ifadə işlətməsi səbəb olub.

Premyer Liqanın X turunda 2 qol, 1 assistlə “Sauthempton” üzərində əzmkar qələbənin (3:2) memarı olan forvard qarşılaşmadan sonra instaqram səhifəsində ona təbrik yazan azarkeşlərdən birinə “təşəkkür edirəm, qara” cavabını verib. Düzdür, 33 yaşlı oyunçu üç saat sonra yazdığını silib.

Lakin hadisəni araşdıran İngiltərə Futbol Assosiasiyası Kavaninin günahkar olduğunu təsdiqləyib. Neçə oyunluq cəzanın kəsiləcəyi açıqlanmasa da, onun qarşıdakı 3 matçı buraxacağı ehtimal olunur. Futbolçunun yanvarın 4-nə qədər qərara etiraz etmək hüququ var.