bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

“Leyptsiq” mərkəz xəttini gücləndirir

17.12.2020 22:42 Oxundu 420

Almaniyanın “Leyptsiq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

“CEMPİON.AZ” xəbər verir ki, Bundesliqa klubu Avstriya “Zalsburq”undan Dominik Soboslaini transfer edib.

Bu barədə Almaniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi ilə 4.5 illik müqavilə imzalanıb.
“Leyptsiq” Soboslainin keçidinə görə qarşı tərəfə 25 milyon avro ödəyib.

Qeyd edək ki, Macarıstan yığmasının üzvü bu mövsüm “Zalsburq”da meydana çıxdığı 21 oyuna 9 qol vurub.