bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

“Mbape üçün başını ağrıtmayacam”: “Bavariya”nın prezidenti

17.12.2020 23:52 Oxundu 498

“Bavariya”nın prezidenti Karl-Haynz Rummeniqqe PSJ-nin futbolçusu Kilian Mbappe haqqında danışıb.

“CEMPİON.AZ”  “Le Figaro”ya istinadən xəbər verir ki, 65 yaşlı rəhbər 21 yaşlı hücumçunu transfer etmək istəsələr də, bunun mümkün olmayacağını deyib:

“Mbappe və onun oyun tərzini çox bəyənirəm. Amma onu “Bavariya”ya transfer etməyimiz maddi baxımdan mümkünsüzdür. PSJ-nin prezidenti çox yaxın dostumdur. Amma onun başını Mbapenin transferi üçün ağrıtmayacağımdan əmin ola bilərsiniz”.