bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

“Mançester Yunayted”ə lazım olmadı

18.12.2020 12:15 Oxundu 490

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Markos Roxo karyerasını digər Premyer Liqa klubunda davam etdirə bilər.

“CEMPİON.AZ” xəbər verir ki, müdafiəçinin xidmətində “Nyukasl” maraqlıdır.

Sonuncular 30 yaşlı argentinalını icarəyə götürmək niyyətindədir. Nyukasl təmsilçisi bu keçidi 2021-ci ilin əvvəlində reallaşdırmaq arzusundadır. Mançesterlilər də Roxo ilə yolları ayırmağın tərəfdarıdır.

Qeyd edək ki, Roxonun adı cari mövsümdə heç bir oyunun protokoluna daxil olunmayıb. O, yalnız əvəzedici komandada bir hissə oynamaqla kifayətlənib.