bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

Ronaldo Levandovskini birinci yerə layiq gördü

18.12.2020 12:57 Oxundu 553

 İlin ən yaxşı futbolçu mükafatına iddiaçı olan 3-lüyün kimə səs verməsi açıqlanıb.

“CEMPİON.AZ” xəbər verir ki, Robert Levandovski (Polşa, “Bavariya”), Kriştiano Ronaldo (Portuqaliya, “Yuventus”) və Lionel Messi (Argentina, “Barselona) millinin kapitanları kimi səs vermək hüququndan yararlanıb. Mükafatın sahibi olan Levandovski  özünə və əsas rəqiblərinə səs verməyib. O, Tyaqo Alkantaranı 1-ci, Neymarı 2-ci, Kevin de Brüyneni 3-cü yerə layiq bilib.

Ronaldo iki əsas rəqibini ilk iki sıraya layiq bilib. Levandovskini 1-ci yerdə görən portuqaliyalı Messini 2-ci göstərib. O, üçüncü sıranı Killian Mbappeyə verib.

Messi isə Neymarı 1-ci, Mbappeni 2-ci, Levandovskini 3-cü hesab edib.