18.12.2020 13:50
425


Almaniya 2-ci Bundesliqasında 12-ci turun oyunları keçirilib.
“CEMPİON.AZ” xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” də növbəti matçına çıxıb.
Aue təmsilçisi doğma meydanda “Karlsrue” ilə qarşılaşıb və 4:1 hesablı qələbə qazanıb.
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 67-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 12 turdan sonra 19 xala malik “Ersgebirge” 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.