19.12.2020 10:31
446

Almaniya Bundesliqasında 13-cü tur başlayıb.
“CEMPİON.AZ” xəbər verir ki, turun açılış oyununda Dortmund "Borussiya"sı səfərdə "Union"la (Berlin) qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Union" - "Borussiya" (Dortmund) - 2:1
Qollar: Avoniyi, 57 (1:0), Mukoko, 60 (1:1), Fridrix, 78 (2:1)
Bu nəticədən sonra "Borussiya" 22 xalla 4-cü, "Union" 21 xalla 5-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 28 xalla "Bayer" başçılıq edir. "Bavariya" 27 xalla 2-ci, "Leyptsiq" eyni xalla 3-cüdür.