bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

“Barselona”nın gənc futbolçusu karyerasını bitirə bilər

19.12.2020 13:55 Oxundu 400

 İspaniyanın “Barselona” klubunun müdafiəçisi Mussa Vaqe karyerasını bitirə bilər.

“CEMPİON.AZ” xəbər verir ki, hazırda icarə əsasında PAOK-da çıxış edən 22 yaşlı sağ cinah oyunçusu Yunanıstan çempionatında “Aris”lə görüşdə zədələnib.

Komandanın 0:1 hesabı ilə məğlub olduğu matçda qapıya gedən topu çıxarmaq istəyən Seneqal millisinin üzvü dirəyə çırpılıb. Tibbi müayinə zamanı onun dizindəki yan, arxa və ön çarpaz bağlarında qopma aşkarlanıb. Bu ağır xəsarətdən sonra həkimlər Vaqenin karyerasını bitirmə ehtimalının olduğunu bildiriblər. Futbolçu Barselonada əməliyyat olunacaq.

Qeyd edək ki, Mussa Vaqe bu mövsüm Yunanıstan Super Liqasında 7 oyun keçirib, 1 məhsuldar ötürmə verib.