bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

Neymar meydana çıxmaya bilər

19.12.2020 16:51 Oxundu 478

 PSJ-nin futbolçusu Neymar Liqa 1-in 16-cı turunda “Lill”lə matçda meydanda olmaya bilər.

“CEMPİON.AZ” “L'Equipe”yə istinadə xəbər verir ki, 28 yaşlı hücumçunun oyuna hazır olub-olmayacağı sual altındadır.

Braziliyalı oyunçu dekabrın 13-də “Lion”la matçda xəsarət alaraq meydanı xərəkdə tərk etmişdi.
Qeyd edək ki, Neymar bu mövsüm Liqa 1-də 7 matça çıxaraq, 3 qol vurub və 4 qolun ötürməsini verib.

Əlavə edək ki, PSJ-nin "Lill"lə keçirəcəyi qaşılaşma sabah 00:00-da başlayacaq.