bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

"Milan"ın baş direktoru: “Zlatan cavanlaşmağa davam edir"

19.12.2020 18:42 Oxundu 430

"Milan"ın baş direktoru İvan Qazidis komandanın  hücumçusu Zlatan İbrahimoviç haqda danışıb.

“CEMPİON.AZ” goal.com-a istinadən xəbər verir ki, o, isveçli oyunçunu çətirə bənzədib:

“Zlatanın özünü lider kimi göstərməsinə sevinirəm. Hər kəs üçün bir çətir kimidir. Təzyiq altında özünü rahat hiss edir və gənclərin səviyyələrini yüksəltmələrinə kömək edir. Zlatan Bencamin Button kimidir, cavanlaşmağa davam edir".

Qeyd edək ki, İbrahimoviç bu mövsüm "Milan"da 10 matçda 11 qol və 2 qolun ötürməsini verib.