
"Barselona"nın hücumçusu Lionel Messi və onun agenti olan atası Xorxe Messi hazırda digər klublarla rəsmi danışıqlar aparmır.
“CEMPİON.AZ” xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. Argentinalı hücumçunun Kataloniya təmsilçisi ilə müqaviləsi 2021-ci ilin iyulunda bitəcək və o, yəqin ki, komandanı azad agent kimi tərk edəcək. 33 yaşlı oyunçu qışda istədiyi klubla ilkin müqavilə imzalaya bilər.
Messi ilə "Mançester Siti" və PSJ-dən maraqlandığı barədə xəbər yayıılıb.
Xəbərdə futbolçunun "Barselona" ilə də danışıqlar aparmadığı vurğulanıb. Klubda yeni prezidentinin seçkisinin 24 yanvar tarixində keçirilməsi planlaşdırılır və 9 namizəddən heç biri hücumçu və ya atası ilə danışıq aparmayıb. Amma onların hamısı Messini komandada saxlamağı hədəflədiklərini bildiriblər.