bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

“Sevilya” qələbə qazana bilmədi

20.12.2020 11:23 Oxundu 428

 İspaniya La Liqasında XIV tur davam edir.

“CEMPİON.AZ” xəbər verir ki, ikinci oyun günündə 5 matç keçirilib.

Çempionatın liderləri fərqli nəticələrə imza atıb. “Atletiko” evdə “Elçe”yə qalib gəlibsə, “Real Sosyedad” autsayderlərdən biri “Levante”yə uduzub.
“Barselona” turu itki ilə başa vurub. Ronald Kumanın yetirmələri “Valensiya” ilə heç-heçə oynayıb.

“Osasuna”nın qonağı olan “Vilyarreal” üç xala sevinib. “Sevilya” isə öz meydanında “Valyadolid”i məğlub edə bilməyib.

Qeyd edək ki, tura dekabrın 20-də yekun vurulacaq.

İspaniya La Liqası
XIV tur
19 dekabr
“Atletiko” – “Elçe” – 3:1
Suares, 41, 58, Kosta, 80 (pen.) – Boye, 64
“Barselona” – “Valensiya” – 2:2
Messi, 45+4, Araujo, 52 – Diakabi, 28, Qomes, 69
“Levante” – “Real Sosyedad” – 2:1
Roje, 28, Frutos, 87 – İsak, 22
“Osasuna” – “Vilyarreal” – 1:3
Torres, 70 (pen.) – Moreno, 7, 86, Ninyo, 29
“Sevilya” – “Valyadolid” – 1:1
Kampos, 31 – Kamero, 87
 
1 Atletiko 12 9 2 1 24-5 29
2 Real Sosyedad 15 7 5 3 25-10 26
3 Real 13 8 2 3 22-13 26
4 Vilyarreal 14 6 7 1 19-13 25
5 Barselona 13 6 3 4 25-14 21
6 Sevilya 12 6 2 4 14-10 20
7 Qranada 12 5 3 4 15-20 18
8 Kadiz 13 5 3 5 11-17 18
9 Atletik 14 5 2 7 17-17 17
10 Selta 13 4 4 5 17-20 16
11 Betis 13 5 1 7 15-24 16
12 Valensiya 14 3 6 5 21-21 15
13 Eybar 13 3 6 4 9-10 15
14 Levante 13 3 5 5 15-17 14
15 Alaves 13 3 5 5 11-14 14
16 Elçe 12 3 5 4 10-14 14
17 Valyadolid 14 3 5 6 15-21 14
18 Xetafe 12 3 4 5 9-14 13
19 Hueska 14 1 8 5 12-22 11
20 Osasuna 13 3 2 8 11-21 11