20.12.2020 11:47
416

"Yuventus"un hücumçusu Kriştiano Ronalda A Seriyasının bombardirləri siyahısında birinci yerə yüksəlib.
“CEMPİON.AZ” xəbər verir ki, 13-cü turun “Parma”ya qarşı matçında (4:0) dubl edən 35 yaşlı hücumçu qollarının ümumi sayını 11-ə çatdırıb.
Bununla da o, "Milan"ın hücumçusu Zlatan İbrahimoviç və “İnter”in forvardı Romelu Lukakunu ötüb.
Qeyd edək ki, Ronaldo 2020-ci ildə “Yuventus”un heyətində 38 oyunda 40 qol vurub.