bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

İbrahimoviçi əvəzləyəcək

20.12.2020 13:51 Oxundu 426

“Milan” heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

“CEMPİON.AZ”  “Calciomercato”ya istinadən xəbər verir ki, İtaliya klubu “Napoli”dən Fernando Llorenteni transfer etmək istəyir. A seriya təmsilçisi 35 yaşlı hücumçunu zədəli oyunçusu Zlatan İbrahimoviçin əvəzləyicisi kimi görür. İspaniyalı futbolçunun “Napoli” ilə hazırkı müqaviləsinin müddəti isə 2021-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Fernando Llorente bu mövsüm “Napoli”də oyuna çıxmayıb.