bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

Milli komandanı dəyişdi

20.12.2020 15:13 Oxundu 425

 İngiltərənin “Mançester Yunayted” klubunun müdafiəçisi Aaron van-Bissaka Konqo Demokratik Respublikasının yığmasından imtina edib.

“CEMPİON.AZ” xəbər verir ki, buna səbəb 23 yaşlı sağ cinah oyunçusunun İngiltərə millisində oynamaq istəməsidir.

Konqo DR-nin U-20 və İngiltərənin U-21 yığmalarında çıxış etmiş van-Bissaka birincilərdən rəsmi təklif alsa da, rədd cavabı verib. Aaron AVRO-2020-nin seçmə mərhələsində Kosovo və Bolqarıstanla oyunlara İngiltərənin əsas komandasından dəvət alsa da, meydana çıxmamışdı.

Qeyd edək ki, bu mövsüm Premyer Liqada 11 oyunda 1 qol vuran Aaron van-Bissaka İngiltərədə anadan olub.