bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

Memfis Depay “Lion”dan gedir

20.12.2020 22:34 Oxundu 441

Fransanın “Lion” klubu hücumçusu emfis Depayı transferə çıxarıb.

“CEMPİON.AZ” xəbər verir ki, Niderland millisinin üzvünün hətta qiyməti də müəyyənləşib.

Liqa1 təmsilçisi onu qış fasiləsində 5 milyon avroya satmağa hazırdır. Halbuki mövsümün əvvəlində “Lion” Depayın gedişi müqabilində İspaniya klubu “Barselona”dan 25 milyon avro tələb etmişdi. Kataloniyalılarla şəxsi razılığa gələn 26 yaşlı oyunçunun yanvarda İspaniyaya köçməsi gözlənilir.

Qeyd edək ki, Memfis Depay bu mövsüm 16 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə verib. Onun “Lion”la müqavilə müddəti 2021-ci ilin iyununa qədərdir.