21.12.2020 11:15
472


Şotlandiya kubokunun qalibi müəyyənləşib.
“CEMPİON.AZ” xəbər verir ki, həlledici oyunda “Seltik” və “Harts” üz-üzə gəlib. Görüşün əsas vaxtı 2:2 hesabı ilə bitdiyi üçün əlavə vaxta ehtiyac duyulub. Burada da hesab 3:3 olduğu üçün qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında 4:3 hesabı ilə qalib gələn “Seltik” ölkə kubokunun sahibi olub.
Qeyd edək ki, “Seltik” ardıcıl 4-cü, ümumilikdə isə 40-cı dəfə Şotlandiya kubokunun qalibi olub.