bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

“Bavariya” Komanı itirdi

21.12.2020 14:17 Oxundu 449


Almaniya Bundesliqasının XIII turunda “Bayer” üzərində səfər qələbəsi qazanan “Bavariya” (2:1) bir futbolçusunu itirib.

“CEMPİON.AZ” xəbər verir ki, yarımmüdafiəçi Kinqsli Koman matçın ilk hissəsində zədələnərək əvəzlənib.

Tibbi müayinə zamanı Fransa millisinin üzvünün bud əzələsindən xəsarət aldığı müəyyənləşib. İlkin ehtimala görə, 24 yaşlı oyunçunun zədəsi ciddidir və uzun müddət komandadan ayrı qalacaq. Ancaq yekun qərar müayinənin nəticəsinə əsasən veriləcək.

Qeyd edək ki, aktivindəki xalların sayını 30-a çatdıran “Bavariya” turnir cədvəlində liderliyə yüksəlib.