bazar ertəsi, 25 avqust 2025

BİZİM FUTBOL

200 matç, 4 qol

21.12.2020 15:21 Oxundu 465

“Qarabağ”ın futbolçusu Bədavi Hüseynov Azərbaycan Premyer Liqasında 200-cü oyununu keçirib. 

“CEMPİON.AZ” xəbər verir ki, 29 yaşlı müdafiəçinin yubileyi XII turun “Qəbələ” ilə matçına (1:1) təsadüf edib.

200-cü görüşünü keçirən arxa xətt oyunçusunun aktivində 4 qol var. Onun Premyer Liqada debütü 2011/12 mövsümünə təsadüf edib. Həmin vaxt “Sumqayıt”ın heyətində şans qazanan Bədavi ölkə çempionatında indiyədək iki klubda forma geyinib.

O, “Sumqayıt”da 26 oyuna çıxıbsa, “Qarabağ”da 174 matçda 4 dəfə fərqlənib.